16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda uşaqlar məktəbə 5 yaşında gedəcək? - Təhsil nazirindən MARAQLI TƏKLİF - VİDEO

Azərbaycanda uşaqlar məktəbə 5 yaşında gedəcək? - Təhsil nazirindən MARAQLI TƏKLİF - VİDEO
Təhsil sahəsində yeni təklif ortaya atılıb. Üstəlik, bu təklif ölkənin təhsil nazirindən gəlib. Emin Əmrullayev deyib ki, məktəbə başlama yaşı 5-ə salınmalıdır. Təhsil ekspertləri də bu təkliflə bağlı öz fikirlərini bildiriblər.
"Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq"... Təhsil naziri Emin Əmrullayev belə bir təkliflə çıxış edib. "Təhsildə yeni çağırışlar" II Beynəlxalq forumda çıxış edən nazir deyib ki, qarşımızda duran çağırışlardan biri məhz uşaqların məktəbə başlama yaşıdır. "Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar", - deyə təhsil naziri bildirib.
Nazir Emin Əmrullayevin ortaya atdığı bu təklifi təhsil ekspertləri də dəstəkləyirlər. Kamran Əsədov deyir ki, bu, birinci növbədə dünya təcrübəsinə əsaslanır.
Azərbaycanda şagirdlər ən tez 6 yaşında məktəbə qəbul edilsələr də, onların dərs yükü çoxdur və bu da uşaqlarda zehni yüklənməyə səbəb olur. Təhsil eksperti Kamran Əliyev düşünür ki, daha erkən yaşda başlanan təhsillə bu yüklənməni azaltmaq olar.
Təhsil ekspertinin sözlərinə görə, könüllü şəkildə qəbul edilən məktəbəqədər hazırlıq kursları məktəblərin 70 faizində təşkil edilir. Bu il birinci sinfə 165 min şagird qəbul edilibsə, məktəbəqədər hazırlıq kurslarında şagirdlərin sayı bundan 70 min nəfər az, yəni 95 min nəfər olub. Təhsil ekspertinin firkincə, məktəbə erkən başlamaq 12 illik təhsil sistemi ilə də nəticələnə bilər.(xəzərxəbər)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница