16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycan üçün 3-cü devalvasiya proqnozu

Azərbaycan üçün 3-cü devalvasiya proqnozu
Azərbaycan üçün 3-cü devalvasiya proqnozu


Dünya Bankının analitikləri manatın üçüncü devalvasiyası ehtimalının yüksək olduğunu bildirir.

May.Az contact.az-a istinadən xəbər verir ki, bu il üçün gözləntilərdə (Global Economic Prospects) deyilir ki, dünya bazarında neftin qiymətinin aşağı olması ehtiyat fondu və dövlət borcunun az olmasına baxmayaraq, hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir.

Hər üç ölkə büdcəsinə yenidən baxıb və neftin qiymətini daha ucuz götürüblər ($41 və daha çox).

Amma hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq.

Neftin ucuzluğu cari əməliyyatlar hesabının saldosunu zəiflədir. Hələ bir müddət valyuta ehtiyatları azalacaq, milli valyuta təzyiq altında qalacaq.

«Bu ölkələrin əsas prioritetləri fiskal məkanın azalması kontekstində dövlət gəlirlərinin azalmasını korrektə etmək, maliyyə sektorunun risklərini idarə etməkdən ibarətdir», - deyə hesabatda bildirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница