16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü

Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü
Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü


Bakıda fəaliyyət göstərən lombardlardan birinin sahibi dələduzun qurduğu iriməbləğli kələyin qurbanına çevrilib.

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

29-cu polis bölməsinin əməkdaşları Moskva prospektində yerləşən lombardın hüquqşünası Vüsal Məmmədovdan daxil olan şikayəti araşdırır.

Şikayət ərizəsinə əsasən, bir neçə gün əvvəl 60 yaşlı Bakı sakini Tofiq İsmayıl adlı sakin lombarda gəlib. O, 19 qızıl külçəsi girov qoyaraq, 41 363 manat məbləğində borc götürüb. Qızıl külçələrin hərtərəfli araşdırılmasından sonra onların heç də qızıldan olmadığı məlum olub. Metal külçələr, sadəcə, qızıl suyuna salınıb.

Polis bölməsindən bildiriblər ki, hələlik fakt üzrə heç kəs saxlanılmayıb, müsadirə olunmuş külçələr ekspertizaya təqdim olunub.

“Qaydalara görə, lombardda peşəkar zərgər işləməlidir, qiymətli əşyaların qəbuluna görə cavabdeh olmalıdır. İndiki halda belə bir mütəxəssis olsaydı, fırıldaqçının bu əməli də baş tutmazdı. Ancaq çox vaxt görürük ki, biznesmenlər öz yanlarına peşəkarlıqdan anlayışı olmayan qohumlarını və tanışlarını işə götürür”, - deyə polis bölməsindən bildiriblər.

Başqa bir iri dələduzluq hadisəsini Nəsimi rayon Polis İdarəsinin müstəntiqləri araşdırır. Şikayətçi zərgərlik dükanının 32 yaşlı sahibi Valeh Rəhimovdur. Sahibkar əmin edir ki, işçisi 120 min dollar dəyərində qızıl-zinət əşyalarını mənimsəyib. Hələlik şübhəlinin günahı sübuta yetirilmədiyindən adı açıqlanmır. Müstəntiqlər qadının dələduzluqda iştirak edib-etmədiyini araşdırır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница