16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 könüllüləri "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı ilə ekoloji aksiya keçiriblər

COP29 Azərbaycan Əməliyyat Şirkəti ətraf mühitin mühafizəsində kollektiv iştirakçılıq və məsuliyyətə çağırış olaraq "Kiçik dostlarımız üçün təkrar istifadə" şüarı altında ekoloji aksiya təşkil edib. Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun tərəfdaşlığı ilə qədim tarixi və təbii gözəlliyi ilə seçilən İçərişəhərdə baş tutub.

Oxu.Az xəbər verir ki, aksiya çərçivəsində COP29 könüllüləri öncədən toplanan tullantı materiallarından təkrar istifadə etməklə funksional quş yuvalarının hazırlanması üçün bir araya gəliblər. Praktiki fəaliyyət ilə əhalinin marağına səbəb olan könüllülər aksiyaya qoşulan iştirakçılara müxtəlif növ tullantı materiallarından fərqli quş yuvalarının hazırlanması prosesini əyani nümayiş etdirib, tullantıların təkrar istifadəsi yolu ilə azaldılmasının faydası haqqında maraqlı faktlar bölüşüblər. Quş yuvaları daha sonra quş və kiçik heyvanların qida və su ehtiyaclarını təmin etməklə İçərişəhərdəki parkın ərazisində quraşdırılıb. Yuvaların digər qisminin isə Qala Qoruğunda quraşdırılması nəzərdə tutulur.

COP29 könüllülərinin nəzəri bilik və praktiki fəaliyyətlərini birləşdirərək reallaşdırdıqları bu təşəbbüs mühüm iqlim məsələlərindən biri olan tullantıların idarəedilməsi və ətraf mühit, flora və faunanın mühafizəsi arasında olan əlaqənin vurğulanmasına, tullantıların məsuliyyətli idarəedilməsi kimi ekoloji dayanıqlı vərdişlərin gündəlik həyatda tətbiq edilməsinə ictimai diqqətin cəlb edilməsi, eləcə də kollektiv səylərin əvəzsiz rolunun bir daha vurğulanmasına xidmət edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница