16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ukrayna Moldovaya qarşı idxal məhdudiyyətləri hazırlayır

Ukrayna Moldovaya qarşı idxal məhdudiyyətləri hazırlayır
Ukrayna Kişinyovun müvafiq qərarına cavab olaraq Moldovaya qarşı idxal məhdudiyyətləri hazırlayır.
"Report" xəbər verir ki, bunu Ukraynanın iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini, ticarət nümayəndəsi Taras Kaçka "RBC-Ukraina"ya açıqlamasında deyib.
"Biz Kişinyovu xəbərdar etmişik ki, Moldova tərəfindən hər hansı məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və həmin ölkədən bütün idxallara dərhal qadağa qoyulması ilə nəticələnəcək", - o deyib.
Bundan əvvəl Aqrar Siyasət Nazirliyi Moldovanın Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan idxalını məhdudlaşdırmaq niyyəti ilə razılaşmadığını bildirib.
Nazir Nikolay Solski Kişinyovun səsləndirdiyi əsasları anlaşılmaz adlandırıb, o, qeyd edib ki, Ukrayna bu məhsulları Moldovaya ixrac etmir. Nazirlik həmçinin bəyan edib ki, Ukrayna və Moldova arasında danışıqlar davam etdiriləcək.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница