16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mikayıl Cabbarovdan sahibkarlara çağırış

Mikayıl Cabbarovdan sahibkarlara çağırış
Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə investisiya qoymağa çağırırıq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqəlidir. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiqlənib, təməl infrastrukturun yaradılması üzrə işlər tam sürətlə davam edir.
Nazir hökumətin investorlara və sahibkarlara lazımı dəstəyi göstərdiyini qeyd edib.


O əlavə edib ki, Araz Vadisi İqtisadi Zonasında və Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli şərait yaradılıb. Bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə investisiyaların cəlbinə, sahibkarlığın inkişafına xidmət edəcək. "Bütün bunlar bir daha göstərir ki, dövlət daima sahibkarların yanındadır və biz nəticəyönümlü tədbirlərin, təsirli dəstək və təşviq mexanizmlərinin köməyilə özəl sektorun dayanıqlı və etibarlı inkişafına nail oluruq", - M.Cabbarov deyib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница