16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Expressbank-la təcili pul köçürmələri daha sərfəli!

Expressbank-la təcili pul köçürmələri daha sərfəli!
Expressbank-la təcili pul köçürmələri daha sərfəli!


Daima məhsul və xidmət növlərini genişləndirən Expressbank Türkiyənin UPT (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayır!

Türkiyənin ilk və yeganə ödəniş sistemi olan UPT dünyanın 200-dən artıq ölkəsində 400 mindən çox ödəmə məntəqəsi ilə təmsil olunur. Əməliyyatlar USD, EUR, TRY valyutaları ilə aparılır. UPT ilə həmçinin Türkiyə üzrə fiziki şəxslərin kart hesablarına və İBAN hesablarına, Avropa birliyi ölkələri üzrə fiziki şəxslərin İBAN hesabına köçürmələr etmək mümkündür.

Xatırladaq ki, Expressbank müştəriləri həm pul göndərərkən, həm də pul alarkən Pul Kart hədiyyə kartını qazanırlar. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər bu vəsaiti nəinki ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur.

Bundan əlavə, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək və ya pul almaq mümkündür. Bank həmçinin Zolotaya korona, Contact, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница