16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rusiya Azərbaycan mallarını niyə ölkəyə buraxmır? - AÇIQLAMA

Rusiya Azərbaycan mallarını niyə ölkəyə buraxmır? - AÇIQLAMA
Rusiya Azərbaycan mallarını niyə ölkəyə buraxmır? - AÇIQLAMA


DGK məlumat yaydı.

Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması halları çoxalıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən May.Az-a verilən məlumata görə, sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub.

Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildiriblər.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil.

Üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur.

DGK-nın məlumatında o da qeyd olunur ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında Rusiyaya pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub.

Xatırladaq ki, artıq problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyəti qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница