17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Azalan doğum ordunu kiçiltdi - Cənubi Koreya əsgər tapa bilmir

Azalan doğum ordunu kiçiltdi - Cənubi Koreya əsgər tapa bilmir

Cənubi Koreya ordusundakı əsgər sayı son altı ildə 20 faiz azalaraq 450 min nəfərə enib.

Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, bu azalmanın əsas səbəbi məcburi hərbi xidmət yaşında olan kişi əhalinin kəskin şəkildə azalmasıdır.

Dünyada ən aşağı doğum səviyyəsinə malik olan ölkədə bu vəziyyət zabit heyətində boşluqlar yaradır və uzunmüddətli perspektivdə əməliyyat imkanlarına təsir göstərir.

2000-ci illərin əvvəlində ölkədə əsgərlərin sayı təxminən 690 min olub. 2010-cu illərin sonlarında kiçilmə prosesi sürətlənib və 2019-cu ildə bu rəqəm 563 minə düşüb.

2019-2025-ci illər arasında 18 aylıq məcburi hərbi xidmət edən 20 yaşlı kişi əhalinin sayı 30 faiz azalaraq 230 min nəfərə geriləyib. Ölkədə bəzi dairələr çatışmazlığı aradan qaldırmaq üçün qadınların da hərbi xidmətə cəlb edilməsini təklif edir.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница