16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu ölkədə də qadınların orduda xidmət etməsinə icazə verildi

Bu ölkədə də qadınların orduda xidmət etməsinə icazə verildi


Bu ölkədə də qadınların orduda xidmət etməsinə icazə verildi

Bu ölkədə də qadınların orduda xidmət etməsinə icazə verildiSəudiyyə Ərəbistanından sonra Küveytdə də qadınların ordu sıralarında xidmət etməsinə icazə verilib. Artıq bu ölkədə zərif cinsin nümayəndələri zabit qismində hərbi əməliyyatlarda da iştirak edəcəklər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb.
Məlumata əsasən, Küveytin müdafiə naziri Həməd Cabir əl-Əli əl-Sabah silahlı qüvvələrin qapısının qadınlar üçün açıq olduğunu bildirib:
"Küveytli qadınların öz qardaşları ilə çiyin-çiyinə hərbi xidmət keçməsinin vaxtı çatıb. Mən zərif cinsin nümayəndələrinin gücünə və hərbi təlimlərdə kişilərlə yanaşı layiqli iştirak edəcəklərinə inanıram".
Qeyd edək ki, Küveytdə qadınlara 2005-ci ildə seçkilərdə iştirak etmək hüququ verilib. Onlar hazırda hökumətdə və parlamentdə təmsil olunurlar. 2008-ci ildə isə onların polis orqanlarında xidmət etməsinə icazə verilib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница