16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi

Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki aydır ölkə gündəmini zəbt edən yeniyetmənin qətli ilə bağlı onun ailəsi ilə əlaqə saxlayıb.


"Qafqazinfo" "Habertürk"ə istinadən xəbər verir ki, Ərdoğan Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin anası Yasemin Akıncılar Minguzziyə telefonla zəng edib.


Ölkə başçısı Y. Minguzziyə cinayətkarların layiq olduqları cəzanı alması üçün prosesi yaxından izləyəcəyini bildirib: "Allah səbir versin, Ahmetin məkanı cənnət olsun. Bayramdan sonra daha münasib vaxtda görüşərək dərdinizi paylaşmaq istəyirəm".


Yasemin Minguzzi prezidentə təşəkkür edib, həmçinin hadisəni törədənlərin yetişkin kimi mühakimə olunmasını istədiyini bildirib.


Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra Türkiyə mətbuatında mümkün cəzaların nə ola biləcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı ekspertlər şübhəlilərin 18 yaşından kiçik olmalarının ala biləcəkləri cəzanın şiddətinə təsir edəcəyini bildiriblər. Vəkillər 18 yaşından kiçik hər kəsin qanuni olaraq uşaq sayıldığını və Türkiyə qanunlarına görə cəzanın azaldılmasının məcburi olduğunu bildirib. Bu isə birmənalı qarşılanmayaraq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница