16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Suriyada "Türkiyə idarəetmə modeli" tətbiq edilə bilər

Suriyada "Türkiyə idarəetmə modeli" tətbiq edilə bilər

Keçən həftənin sonunda Bəşər Əsədin Suriya prezidenti postundan getməsindən sonra ölkə çətin vəziyyətə düşüb. Müvəqqəti Baş nazir Məhəmməd əl-Bəşir bildirib ki, əvvəlki administrasiya özündən sonra dağılmış iqtisadiyyat qoyub. Lakin Suriyanın dirçəlmək şansı var və Türkiyə bu prosesdə əsas rol oynaya bilər. Belə ki, daimi hökumət formalaşdırıldıqdan sonra Suriyada idarəetmə sistemi artıq ölkənin şimalında uğurla həyata keçirilən "Türkiyə modeli" əsasında təşkil edilə bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Türkiye" qəzeti hakim Ədalət və İnkişaf Partiyasındakı mənbəyə istinadla bildirib.

Bildirilir ki, yeni dövrdə Suriyada əsas dayaq Türkiyənin dəstəklədiyi milli qüvvələr olacaq.

"Ankara şimalda yaradılmış təhlükəsiz zona administrasiyasının hərbi və inzibati aspektlərdə hazırlığını həyata keçirib. Beş milyon əhalinin yaşadığı region Türkiyənin təşəbbüsləri əsasında idarə olunmağa başlayıb. Bələdiyyə xidmətlərindən tutmuş ordu, polis, təhsil müəssisələri və digər dövlət strukturlarına qədər idarəetmə modeli yaradılıb. İndi bu model Suriyada tətbiq ediləcək", - deyə nəşrdə qeyd edilir.

Türkiyənin hakim partiyasındakı mənbələr həmçinin qəzetə Suriyada iqtisadi və siyasi islahatların keçirilməsi planları barədə məlumat veriblər. Nəşrin məlumatına görə, hazırda Türkiyə ilə üzvi əlaqələri olan təxminən 10 milyon suriyalı var, o cümlədən təhlükəsiz zonada 5 milyon, Türkiyə vasitəsilə Avropaya köçən 1.5 milyon və Türkiyə ərazisində olan 3 milyon nəfər. Onlardan ən azı 5 milyonu türkcə danışır ki, bu mühüm rəqəmdir.

Mənbələrin məlumatına görə, Türkiyə Suriyada bütün baxışların təmsil olunduğu bir struktur və bütün seqmentlərin yüksək təmsilçilik səviyyəsinə malik olduğu bir sistem yaratmaq istəyir.

"Türkiyənin 5 milyon əhalinin yaşadığı regionda yaratdığı və cəmiyyətin bütün təbəqələrini əhatə edən sistem indiyədək problemsiz fəaliyyət göstərib", - deyə nəşrdə vurğulanıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница