16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Türkiyədə oyun vasitəsilə insanları aldadan məşhur dələduzla bağlı MƏHKƏMƏ QƏRARI

Türkiyədə oyun vasitəsilə insanları aldadan məşhur dələduzla bağlı MƏHKƏMƏ QƏRARI

"Tosuncuk" ləqəbi ilə tanınan və "Çiftlik Bank" adlı internet oyunu vasitəsilə on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyən Mehmet Aydının mühakimə olunduğu məhkəmə prosesində müvəqqəti qərar verilib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

"Tosuncuk"un həbsinin davam etdirilməsinə qərar verilib.

Məlumata görə, məhkəmə təxirə salınıb və Mehmet Aydınla bağlı növbəti iclasda yekun qərar veriləcək. Növbəti iclasın 3 fevral 2025-ci il tarixində keçiriləcəyi bildirilib.

Xatırladaq ki, əhali arasında "Çiftlik Bank" kimi tanınan və qazanc əldə etmək vədi ilə bir çox vətəndaşa zərər verən sistemin qurucusu və iki ildən artıqdır qaçaq olan Mehmet Aydın Türkiyənin tələbi ilə Braziliya tərəfindən deportasiya edilmişdi.

"Çiftlik Bank" adlı internet oyunu vasitəsilə on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyərək Uruqvaya, ardınca isə Braziliyaya qaçan "Tosuncuk" ləqəbli Türkiyə vətəndaşı Mehmet Aydın xüsusi təyyarə ilə ölkəsinə gətirilmişdi.

Qeyd edək ki, Mehmet Aydın 2016-cı ilin avqust ayında qurduğu "Çiftlik Bank" adlı internet oyunu vasitəsilə 132 222 nəfər müştərinin bir milyard 139 milyon türk lirəsini mənimsəyərək ölkədən qaçmışdı. O, Türkiyənin təhlükəsizlik qüvvələri və "İnterpol" tərəfindən axtarışda idi.

Mehmet Aydın 2021-ci il iyulun 3-də İstanbul Hava Limanında təyyarədə saxlanılmışdı.

102 zərərçəkmişin şikayəti əsasında barəsində açılan istintaq çərçivəsində Mehmet Aydın "Cinayət törətmək məqsədilə təşkilat qurmaq", "İnformasiya sistemlərindən, banklardan və ya kredit təşkilatlarından alət kimi istifadə etməklə fırıldaqçılıq" və s. maddələr üzrə həbs edilmişdi.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница