16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dövlət Bağçalı: "Fətullah Gülənə Türkiyədə basdırılması üçün yer yoxdur"

Dövlət Bağçalı: "Fətullah Gülənə Türkiyədə basdırılması üçün yer yoxdur"

"Edilən hər bir xəyanətin, hər bir pisliyin əvəzi ödənilir, sabaha qalmır. Dünya FETÖ başçısına belə qalmadı".

Oxu.Az-ın "Haber7"yə istinadla verdiyi məlumata görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) Ankara tərəfindən terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülənin ölümü ilə bağlı şərhində deyib.

O, Gülənin öz torpaqlarında başqa ölkələr üçün casusluq etdiyini xatırladaraq, bunun üçün Allaha hesab verəcəyini bildirib.

"Diləyim Allahın əzabı ilə məhv olması, xəyanətinin, münafiq əməllərə xidmətinin əvəzini bir-bir ödəməsi, cəhənnəmdə əbədi yanmasıdır. Bu terroristin Türkiyədə dəfn ediləcək bir torpağı yoxdur. Harada Türkiyə düşmənliyi edibsə, orada da çürüyüb getməlidir. Qulun hesabı varsa, Allahın da bir hesabı var. Allah ləngiməz, sadəcə möhlət verər", - deyə Bağçalı sözlərini yekunlaşdırıb.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik də bildirib ki, Gülən üçün dəfnə yer tapılmayacaq.

"Bu terrorbaşı, xəyanət və qətllər şəbəkəsinin memarı suverenliyimizi qəsb etmək məqsədilə istifadə olundu. Belə xainlərə istifadə edildikdən sonra dəfn etmək üçün yer tapılmır. O, vətəndaşlığı olmayan bir insan kimi öldü", - deyə Çelik bildirib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница