16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.

O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.

"Kişidən bu həyatda nə qalır? Sabah səni "ayaqlarını qabağa uzadıb" apardılar, səndən nə qalacaq? Birincisi - ad, ikincisi - uşaqlar. Qalan heç nə ümumiyyətlə heç kimi maraqlandırmır", - deyə Qurulyov vurğulayıb.

Deputat, həmçinin uşaqsızlıq vergisindən əldə edilən vəsaitin Rusiyadakı uşaq evlərinin modernləşdirilməsinə yönəldilməsini təklif edib.

Bundan əlavə, Andrey Qurulev "childfree" (şüurlu şəkildə uşaq sahibi olmamaq istəyi - red.) ideologiyasının qadağan edilməsi ideyasını dəstəkləyib. Deputatın fikrincə, belə bir mövqe ənənəvi ailə dəyərlərinə ziddir və ölkədəki demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov da Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница