16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Taliban"dan kişilərə yeni qadağalar

"Taliban"dan kişilərə yeni qadağalar

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı kişilərə cins şalvar geyinməyi və fərqli saç düzümünü qadağan edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Bildirilir ki, yeni qanunların məqsədi xarici görünüş və davranış baxımından qeyri-müsəlmanların təqlidini qadağan etməkdir.

Əfqan kişilərinə cins şalvar və fərqli saç düzümü qadağası ilə yanaşı, saqqallarını yumruqlarından qısa kəsdirmək, arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq da qadağan olunub. Yerli sakinlər yeni məhdudiyyətləri gözlənilməz sürpriz kimi qiymətləndiriblər.

Qeyd edək ki, cari ilin avqustunda "Taliban" hərəkatı qadınların kişilərə baxmasını, ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib. Həmçinin, ölkədə gündə beş dəfə məscidə getməyən hökumət işçiləri də cəzalandırılır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница