16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Gələcəyin pandemiyası: Kənd təsərrüfatı heyvanlarında elmə məlum olmayan 36 yeni virus aşkarlandı

Gələcəyin pandemiyası: Kənd təsərrüfatı heyvanlarında elmə məlum olmayan 36 yeni virus aşkarlandı

Çin və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu narahatedici bir kəşf edib. Belə ki, müxtəlif xəstəliklərdən ölmüş 28 növə aid 461 kənd təsərrüfatı heyvanının cəsədində 125 virus aşkarlanıb ki, bunlardan 36-sı əvvəllər elmə məlum olmayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "South China Morning Post" qəzeti mütəxəssislərin araşdırmasına istinadən məlumat verib.

Bildirilir ki, ən şok edici məqam tapılan viruslardan 39-nun digər heyvanlara və insanlara ötürülə biləcəyidir, onlardan 11-i artıq əvvəllər insanlarda aşkarlanıb.

Alimlərin fikrincə, ən böyük təhlükəni yenotabənzər itlər və su samurları təşkil edir. Məhz onların orqanizmlərində insan üçün potensial təhlükəli olan viruslar çox olub. Belə ki, fermaların birində iki su samurunun bədənində HKU5 koronavirusu tapılıb. Bundan əlavə, tarixdə ilk dəfə olaraq qunduzda da koronavirus aşkarlanıb.

Alimlər, həmçinin "dovşan" adlandırılan yeni növ koronavirus müəyyən ediblər və ümumilikdə müxtəlif növ koronavirusların böyük miqdarını qeydə alıblar. Bu tapıntılar böyük pandemiyaların ola biləcəyi ilə bağlı alimlərdə ciddi narahatlıq doğurub.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница