16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu

İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin tarixi bəlli olub.

ISNA-nın məlumatına görə, bu barədə İslam Şurası Rəyasət Heyətinin üzvü Müctəbi Yusefi bildirib.

Onun sözlərinə görə, yeni dövlət başçısının inaqurasiya prosesi iyulun 30-na təyin olunub.

Xatırladaq ki, islahatçı, azərbaycanəsilli siyasətçi Məsud Pezeşkian İranda növbədənkənar prezident seçkisinin ikinci turunda 16.3 milyon səs toplayaraq qalib gəlib. Onun rəqibi, mühafizəkar qanadın nümayəndəsi Səid Cəlili 13.5 milyon səs toplayıb.

İranda növbədənkənar seçki bu ilin mayında İbrahim Rəisinin helikopter qəzasına düşməsindən sonra təyin edilib. Qəzaya düşən helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da daxil olmaqla daha səkkiz nəfər olub. Heç kim sağ qalmayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница