16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

111 yaşlı kişinin sağlamlıq sirri: Üç məhsul

111 yaşlı kişinin sağlamlıq sirri: Üç məhsul

Planetin ən yaşlı sakinlərindən biri, Cənubi Afrikadan olan 111 yaşlı Ben Ngemani Mabuza uzunömürlülüyünün sirrini açıb.

O əmindir ki, sadə pəhrizə riayət etmək ona uzun müddət yaşamağa və xəstələnməməyə kömək edir.

"Mən hər gün yulaf, ət və Afrika ispanağının yabanı növü olan moroqo yeyirəm", - deyə Mabuza bildirib.

Ailə və dostlar Mabuzanı "Ben baba" adlandırırlar. O, həyat yoldaşı və 12 uşağının ölümünə şahidlik edib. İndi kişi nəvələri ilə yaşayır, onlardan birinin 44, ikincisinin isə 27 yaşı var. 40-a yaxın nəvənin babası və ulu babasıdır.

Ben baba təkid edir ki, özünü yaxşı hiss edir və heç vaxt ciddi xəstəliyə tutulmayıb. Ola bilsin ki, o, tezliklə planetin ən yaşlı sakini kimi Ginnesin Rekordlar Kitabına düşsün. Hazırda rekordçu Mabuzadan cəmi bir yaş böyük olan britaniyalı Con Alfred Tinnisvuddur.

111 yaşlı kişinin sağlamlıq sirri: Üç məhsul



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница