16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi illik Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, digər Skandinaviya ölkələri də ilk onluqda görünür. Ölçülmüş meyarlar arasında adambaşına düşən gəlir, eləcə də sosial dəstək kimi bir çox iqtisadi, siyasi və sosial parametrlər var. Xoşbəxtliyin təməlləri mövzusu üzərində çalışan fin psixologiya tədqiqatçısı Frank Martela yazdığı məqalədə finlərin niyə bu qədər xoşbəxt olması barədə sualı cavablandırıb.

O, xoşbəxtlər ölkəsində insanların heç vaxt etmədikləri üç şey barədə belə yazıb:

1. Biz özümüzü qonşularımızla müqayisə etmirik. Finlər sərvətlərini açıq nümayiş etdirən insanlara tərbiyəsiz kimi baxır, bunu qəbul etmirlər. Uğurlu görünməkdənsə, bizi xoşbəxt edən şeyə diqqət yetiririk. Özümüzü başqaları ilə müqayisə etmək əvəzinə öz standartlarımızı təyin etmək bizi xoşbəxt edir.


2. Təbiətin faydalarını unutmuruq və təbiətə əsla ziyan vurmuruq.

Ölkə əhalisinin əksəriyyəti təbiətin onlar üçün çox vacib olduğunu deyir. Təbiətin enerji və istirahət verdiyini hiss edirik. Ölkə əhalisinin əksəriyyəti yay tətilindən kənd yerlərinə getmək, təbiətlə təmasda olmaq üçün istifadə edir.

3. Biz cəmiyyətdə inam dairəsini və bizə olan güvəni əsla qırmırıq.

İnam nə qədər yüksəkdirsə, insanlar bir o qədər xoşbəxt olurlar. 2022-ci ildə "itirilmiş pul kisəsi" təcrübəsi ilə dünyanın 16 ölkəsini gəzdik, müxtəlif şəhərlərdə küçələrə 192 pul kisəsi atılaraq insanların dürüstlüyünü yoxladıq. Helsinkidə 12 pul kisəsindən 11-i sahibinə qaytarıldı. Finlilər bir-birlərinə güvənirlər və dürüstlüyə dəyər verirlər. Deyir ki, kompüterinizi kitabxanada unutsanız yaxud telefonunuzu qatarda itirsəniz, onun geri qayıdacağına əmin ola bilərsiniz. Uşaqlar çox vaxt məktəbdən evə ictimai avtobusla gedirlər və onlara hamı nəzarət edir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница