16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

6 MART

6 MART

 

2000-ci il. Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalayıb. Fərman qadınların kişilərlə hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması istiqamətində atılmış mühüm addımdır.

 

1955-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Ankarada vəfat edib (1884-1955).

 

 

 

1937-ci il. Sоvеt İttifаqı Qəhrəmаnı, ilk qаdın kоsmоnаvt Vаlеntinа Vladimirovna Tеrеşkоvа аnаdаn оlub. O, 1963-cü il iyunun 19-da “Vostok-6” gəmisi ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövrə vurub.

 

1900-cü il. Alman mühəndis, benzin mühərrikinin yaradıcısı Qotlieb Daymler vəfat edib (1834-1900). 1886-cı il martın 8-də Q.Daymler at arabasına mühərrik qoşaraq həyat yoldaşına hədiyyə edib. Bununla da, dünyada ilk dəfə özü hərəkət edən dörd təkərli qurğu yaradılıb.

 

1927-ci il. Kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim Qabriel Qarsiya Markesin doğum günü (1927-2014). “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” və digər məşhur romanların müəllifi olan yazıçı 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

1902-ci il. İspaniyada “Real Madrid” futbol klubu yaradılıb. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol komandası elan olunan “Real Madrid” qurulduğu tarixdən etibarən heç vaxt La Liqanı tərk etməyib. Bu müddətdə 32 dəfə La Liqanın, 19 dəfə İspaniya Kral Kubokunun, 9 dəfə İspaniya Super Kubokunun, 10 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Kubokunun, 2 dəfə UEFA Super Kubokunun, 3 dəfə Qitələrərarası Kubokun qalibi olub, həmçinin klublararası dünya çempionu adını qazanıb. Klubun adındakı “Real” sözü ispan dilində “kral” mənasını verir. Bu ad loqosundakı kral tacı ilə birlikdə 1920-ci ildə Kral XIII Alfonso tərəfindən kluba verilib.

 

 

1964-cü il. Boks üzrə dünya çempionu Kassius Kley Məhəmməd Əli adını qəbul edib.
1475-ci il. Dünya şöhrətli italyan heykəltəraşı, boyakar, memar və şair, renessans mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri Mikelancelo Buonarrotinin doğum günüdür (1475-1564). M.Buonarrotinin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница