16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nazir sürət həddini aşdığına görə 600 dollar cərimələnib

Nazir sürət həddini aşdığına görə 600 dollar cərimələnib
Nazir sürət həddini aşdığına görə 600 dollar cərimələnib


Yaponiya məhkəməsi Okinava və "şimal ərazilərin” (cənubi Kuril adaları) işi üzrə dövlət nazirini sürət həddini aşdığına görə təxminən 600 dollar cərimə edib.

May.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 49 yaşlı nazir Yosuke Suruxo bu il iyulun 2-də Osaka prefekturasının İdzumi şəhərindəki trasın saatda 80 kilometr sürət həddi olan hissəsində avtomobilini 123 kilometr sürətlə idarə etdiyinə görə 60 min yen məbləğində cərimələnib.

Nazir hadisəni seçkiqabağı mitinqdə parlamentin yuxarı palatasına namizədlərdən birini dəstəkləməyə gedərkən tıxacda qaldığı üçün tələsməsi ilə izah etsə də, məhkəmə cərimə qərarını qüvvədə saxlayıb.

Yosuke Suruxo bundan əvvəl - 2006-cı ildə də Osaka prefekturasının avtomobil yollarının birində sürət həddini aşdığına görə 70 min yen cərimə olunub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница