16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu sürücülər 800 manat cərimə olunacaq

Bu sürücülər 800 manat cərimə olunacaq
Bu sürücülər 800 manat cərimə olunacaq


Sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən "Instagram"da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolar artıq bu vasitədən istifadə edənlərin olduğu da bəllidir.

Bəs sürücülər bu avadanlığın istifadəsinə görə nə qədər cərimə ödəyəcəklər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı "Yeni Sabah"a öz münasibətini bildirib. Onun sözlərinə görə, bu sürücülər 500-800 manat arası cərimə olunacaqlar:
"Bu narahatlıq doğuracaq məsələdir. Birinci dəfə mənim yadıma gəlir ki, belə vasitədən Binə Ticarət Mərkəzinin direktoru Kəbirə xanımın yaxını istifadə etdiyi üçün saxlanmışdı. Məlum olmuşdu ki, bu adam qara pərdə ilə avtomobilinin nömrəsini dəyişə bilir. Bu avadanlıq 10 il qabaq Azərbaycana gətirilib. Bunun qarşısını almaq üçün gərək vətəndaşların müraciəti ola ki, polis məlumatlı olsun. Polis ancaq maşını nömrəsiz görəndə saxlaya bilər.

Amma kimsə tanışının və ya qoşusunun belə bir əməli olduğunu bilirsə, bu zaman polisə məlumat verməlidir. Belə nömrə istifadə edən şəxs bir qəza törədsə, kiməsə zərər yetirsə, o adamı heç kim tapa bilməyəcək. Buna görə cəmiyyətin özünün də bir mübarizə üsulu olmalıdır. Bu hallar konkret inzibati xətalar məcəlləsində qadağan olunan əməllərdir. Əgər avtomobildə belə birşey varsa, sürücü 500-800 manat arası cərimə oluna bilər. Quraşdırılan avadanlıq isə müsadirə olunur. Sürücülər şəhəriçi hərəkət edirlərsə, belə bir şeyə əl atmırlar. Lakin magistral yollara çıxdıqda belə avadanlıqlardan istifadə edirlər. Çox təəssüflər olsun ki, bunu cavanlar dəb üçün etsələr də, bəzi məmurların xidməti avtomobillərində də bu cür vasitələrə əl atırlar".

Ekspert bildirib ki, bu tip avadanlıqların satışı ilə məşğul olan satıcıların üzərinə isə heç bir məsuliyyət düşmür.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница