16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu avtomobillərin alqı-satqısı asanlaşacaq - AÇIQLAMA

Bu avtomobillərin alqı-satqısı asanlaşacaq - AÇIQLAMA
Prezident İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi Elektron Hökumət Sisteminə inteqrasiya olunacaq.
MAY.AZ xəbər verir ki, bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, bu sistemə daxil edilən məlumatlar bir sıra dövlət qurumları üçün də əlçatan olacaq.
"Bu sistem mövcud olan prosedurların elektronlaşdırılması və mərkəzi bazada cəmləşdirilməsidir. Bildiyimiz kimi Azərbaycan Respublikasının Yol Hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı mövcuddur. Proqramda da qəzaların sayının azaldılması istiqamətində və qəza sonrası prosedurların sürətlə icra olunmasıyla bağlı müddəalar var. Bu fərman proseslərin elektronlaşdırılması, informasiyaların daxil edilməsi qəza sonrası prosedurların sürətlə və dəqiq icra olunmasına kömək edəcək".
Ekspert bildirib ki, elektron bazanın yaradılması gələcəkdə yararsız avtomobillərin ölkəmizdə utilizasiya proqramına və ikinci əl avtomobillərin alqı-satqısına dəstək olacaq.
"Bu gün ölkəmizdə onlayn qaydada avtomobil alqı-satqısını həyata keçirmək çətindir. Amma bu qaydalar mərkəzləşdirilmiş elektron bazada olsa daxili bazarda ikinci əl avtomobillərin alqı-satqısı asanlaşar. Avtomobilin texniki vəziyyəti barədə tam dolğun elektron arayışın verilməsi təmin edilə bilər. Məsələn, bir vətəndaş digərindən avtomobil alırsa, avtomobilin texniki vəziyyətini sözlə deyil, elektron bazadan öyrənə bilər", - deyə ekspert bildirib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница