Bu gün:
Mezenne:
Bakı C
Новые статьи
Son zamanlar "meymun çiçəyi" deyilən virusun xarici ölkələrdə yayıldığı barədə...
İngiltərədə yeni virus aşkarlanıb. Sonxeber.az xarici mətbuata istinadən xəbər...
Mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi...
Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti...
SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə 3...
ABŞ-ın mərkəzi bank funksiyasını icra edən Federal Ehtiyatlar Sistemi (FED)...
Həkimlərin əməkhaqlarının artırılaraq 1000 manata çatdırılması nəzərdə tutulur....
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə...
Dənizkənarı Milli Park ərazisində yaxın gələcəkdə yeni attraksionlar...
Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi...
Баннер
Баннер
Aylıq qazancınız sizi qane edirmi?
Последние комментарии
Admin
Гость ChuckSuime, nə lazımdı?...
23 сентября 2021 16:54
Гость ChuckSuime
Кто либо распологает сведениями, как контактировать с администратором? Катаю в обратную связь, он не дает ответ....
25 августа 2021 00:33
» » Kamran Əliyev: "Bu avtomobilləri artıq yol polisi saxlamır"

Kamran Əliyev: "Bu avtomobilləri artıq yol polisi saxlamır"

21 ноя 2017, 20:05, Admin
0 Комментариев    675 Просмотов
Kamran Əliyev: "Bu avtomobilləri artıq yol polisi saxlamır"


Son günlər avtomobilini sığorta etdirməmiş sürücülərə ardıcıl elektron protokolların gəlməsi narazılıqlar yaradıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bəzi sürücülər sığorta etdirmədikləri nəqliyyat vasitəsinə görə ay ərzində iki protokol aldıqlarını bildiriblər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, bu ilin iyun ayından etibarən avtonəqliyyat vasitələrini sığorta etdirməyən sürücülər barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılıb:
"Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, sürücü avtomobilini sığortalatmayıbsa, bu nəqliyyat vasitələri yol hərəkətində iştiraka buraxılmamalıdırlar. Sığorta müqaviləsinin bağlanmamasına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər. Hazırda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə bu avtomobillər aşkar edilir. Elə buna görə də Baş DYP İdarəsi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlayıb”.

K.Əliyev əlavə edib ki, icbari sığortadan keçməmiş avtomobilləri artıq yol polisi saxlamır: "Onları elektron vasitələrlə müəyyən edirlər, Bundan sonra, protokollar tərtib edilir və ünvana göndərilir. Mövcud qanunvericiliyə əsasən, nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək. Yəni 2 ay ərzində icbari sığortata müqaviləsi bağlamamış avtomobil sahibinə 3 dəfə ayrı-ayrılıqda cərimə protokolu gələ bilər və bu zaman ümumi cərimə məbləği 150 manat təşkil edəcək”.
Oxşar xəbərlər:
10 янв 2019, 20:03    518    0
Keçən əsrin 80-ci illərində Amerika psixoloqu Ceyms Pennebeyker sübut edib ki, gündəliyin...
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив