16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakı sakinləri ən çox hansı avtomobilləri sevir? - SORĞU

Bakı sakinləri ən çox hansı avtomobilləri sevir? - SORĞU
Bakı sakinləri ən çox hansı avtomobilləri sevir? - SORĞU


Avtomobil almaq əksər insanların, xüsusilə də meqapolis sakinlərinin ən böyük arzusudur. Kimisi illərlə vəsait yığaraq, kimisi kredit yolu ilə avtomobil sahibi olmaq arzusunu gerçəkləşdirir. Bəs, Bakı sakinləri hansı avtomobil brendlərini bəyənir?

BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı "ACT Azərbaycan" 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində sorğu keçirib. Sorğunun nəticələrini təqdim edirik.

Paytaxt sakinləri daha çox alman maşınlarına üstünlük verir. Hər on respondentdən təqribən beşdə biri (18 %) "Mercedes-Benz" markasını bəyənir. Digər alman avtomobili BMW sevərlər nisbətən azlıq təşkil edirlər (10 %). Üçüncü pillədə Cənubi Koreya istehsalı "Hyundai" və Rusiya istehsalı "Lada" qərarlaşıb ( hər biri 4 %). "Porsche", "Range Rover", "Lexus" və "Kia" sevərlər nisbətən azdır (hər biri 3 %). Sovet nostalgiyası çəkənlərin sevimliləri isə Zaparoje və Volqadır (hər biri 1 %). Əksəriyyət ümumiyyətlə sevimli avtomobilini seçməkdə çətinlik çəkir (31 %).

Bakı əhlinin böyük əksəriyyəti avtomobilin qara rəngdə olmasını tərcih edir (31 %). Respondentlərin dörddə biri isə ağ rəngdə olan avtomobilləri daha çox bəyənir (26 %). Metal və göy rəngli avtomobilləri bəyənənlər nisbətən azdır (hər biri 5 %). Fərqlilik sevənlər də az deyil. Belə ki, 4 % respondent qırmızı rəngi avtomobilə çox yaraşdırır.

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница