22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası

Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Pərdə və plyonkadan istifadə ləğv edilib? - VİDEO

Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Pərdə və plyonkadan istifadə ləğv edilib? - VİDEO
Avtomobillərdə pərdə və plyonkadan istifadə qadağasının ləğv edilməsi ilə bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olsa da, bununla bağlı standart müəyyən edilməyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Xəzər" TV sujet hazırlayıb.
Bildirilib ki, əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, ötən il Milli Məclisin plenar iclasında pərdə və plyonka qadağasının ləğv edilməsi ilə bağlı müvafiq qərar verilib. Bunun standartını müəyyən etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Amma həmin tarixdən indiyədək standart qəbul edilməyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır.
Sürücülər isə deyirlər ki, mövcud vəziyyət onlarda çaşqınlıq yaradıb. Çünki adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilmir, amma avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb edilir.
Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi isə məlum deyil.
Daha ətraflı videomaterialı təqdim edirik:


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница