16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yük maşınlarından tutulan cərimələr yolların saxlanmasına xərclənəcək

Yük maşınlarından tutulan cərimələr yolların saxlanmasına xərclənəcək
Yük maşınlarından tutulan cərimələr yolların saxlanmasına xərclənəcək


"Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitlərinin formalaşdırılması mənbələri artırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda dəyişikliklər edilib.

Hazırda Fondun vəsaitləri dövlət büdcəsinin mənbələri hesabına - yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu hesabına formalaşır.

Yeni qərara əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr də fondun vəsaitlərini formalaşdıran dövlət büdcəsinin vəsaitləri hesabına daxil edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница