21
декабря
2019
14:58
Azərbaycan vətəndaşından rüşvət alan gürcü məmur saxlanıldı
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə regional bölməsinin baş mütəxəssisi saxlanılıb.
Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs elektro şok aparatından istifadə etməklə qanunsuz balıq ovlanması üçün Azərbaycan vətəndaşından 1000 lari məbləğində rüşvət alıb.
Faktla bağlı istintaq aparılır.
Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəzası gözləyir. (report)