Gəncə terrorunda bir ailə bütünlüklə həlak oldu
Hadisə 539

Gəncə terrorunda bir ailə bütünlüklə həlak oldu

Gəncə terrorunda bir ailə bütünlüklə həlak oldu


Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11 oktyabr tarixində saat 12:00-dan etibarən Gəncənin dinc əhalisini qəsdən hədəfə alıblar.

Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində ölən və yaralanlar olub.

MAY.AZ xəbər verir ki, Sonxeber.az Gəncə terrorunda həlak olan ailə üzvlərinin sayını öyrənib.

Hadisədə bir ailənin bütün - 3 üzvü (ata, ana, 30 yaşlı oğul ), ikinci ailənin 3 üzvü (nənə, ata, ana) həlak olub. Bu ailədən yeganə azyaşlı qızcığaz nişan qalıb. Üçüncü ailənin iki üzvü (ana və ata) həlak olub, həmin ailənin 14-15 yaşlarında iki övladı sağ qalıb, dördüncü ailədən 53 yaşlı xanım həlak olub, beşinci ailədən 62 yaşlı atanın həyatına son qoyulub.

Son xəbərlər