06
сентября
2019
23:10
"Cinsəl ehtiraslanmalar, erkən cinsi əlaqələr uşaqların maraq dairəsindədir" - Psixoloqdan şagirdlərin cinsi tərbiyəsi ilə bağlı AÇIQLAMA
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Hər il olduğu kimi bütün məktəblər şagirdlərini qarşılmağa və tədris ilinin uğurlu olmasına çalışır. Uğurlu təhsil isə öz növbəsində şagirdin kompleks tərbiyə və təhsili ilə mümkündür. Ötən tədris ilində məktəblərdə baş verən xoşagəlməz hadisələr, burada cinsi tərbiyənin tədrisinin düzgün olmadığını sübut edir. Bəs şagirdlərlə cinsi tərbiyə necə həyata keçirilməlidir?
Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, cinsi tərbiyə ilkin olaraq ailədən başlanmalıdır:
"Uşaqlar 3 yaşdan sonra artıq öz cinsinin digər cinsdən fərqli olduğunu bilir və çox suallar verməyə başlayır. Bu yaşdan valideynlər suallara hazır olmalıdır. Valideynlər uşağın psixologiyasını zədələmədən, ayıblamadan və ona qadağalar qoymadan bunu uşağa izah etməyin yollarını öyrənməlidir.
"Təəssüflər olsun ki, bizim cəmiyyətdə uşaqların cinsi tərbiyə mövzusu "mental" problemimizdir. Çünki valideynlər bunu tərbiyənin bünövrəsi kimi görürlər və mənlə uşaq arasında "pərdə" var adlandırırlar. Halbuki bu pərdə yox bariyerdir. O bariyer gələcəkdə həmin uşağın çox böyük cinsəl problemlərinə(vaginizm və s.) gətirib çıxara bilər. Hansı ki, valideynlər sonra bu problemlərin səbəbini qidalarda, daşın üzərində oturmaqda və s. ilə kompensasiya etməyə çalışırlar. Əvvəlcə valideynlər təfəkkürlərini dəyişməlidir. Hər bir valideyn "bizdə belə olmayıb" düşüncəsindən azad olmalıdır. Bu sizinlə dövrünüzün arasında qalıb. Valideynlər uşağı öz zəmanəsinə çəkib yaşatmamalıdır, övladının zəmanəsində yaşamağa ayaq uydurmağı bacarmalıdır. Yalnız o zaman sağlam bir şəxsiyyət formalaşdıra bilər. Bunun üçündə uşaqlarını anlamalıdır ki, onlarda qıcıq yaratmasınlar. Ən böyük tövsiyəm odur ki, ana atalar övladlarını özləri böyüdüyü kimi böyütməyə çalışmasınlar. Əvvəlcə uşaqlarının zəmanəsi ilə ayaqlaşıb özlərini yetişdirsinlər, daha sonra övladlarını tərbiyə etsinlər. O zaman arada nə problem, nə də konflikt olar. Olsa belə onun öhdəsindən gəlmək asanlaşacaq".
Psixoloq bildirib ki, evdən başlayan cinsi tərbiyə daha sonra bağçada düzgün davam etdirilməlidir:
"Evdən başlayan cinsəl tərbiyə uşaqların ilk getdiyi müəssisə olan bağçalarda da düzgün aşılanmalıdır. Tərbiyəçilər uşaqları ayaqyoluna apararkən belə uşaq doğru tərbiyə olunmalıdır. Müəllimələr uşaqlara tez işini qurtarsın, mən də gedim digər uşaqlarla maraqlanım" deyə "uşağın geyimini çəkib oturdum işini bitirsingeyindirim anlayışından" uzaq olmalıdır. Ayaqyolu özü bir mədəniyyətdir və uşaqlar bu mədəniyyətə hazırlanmalıdır".
Müəllimlər anatomiya dərsində hormonal dəyişimləri, mensturasiya və bu kimi bütün cinsəl yetişimlərini keçmək əvəzinə həmin dərsdə şagirdlərə rəsmlə məşğul olmağı tapşırır:
"Məktəbə gəldikdə isə burada iş daha qəlizdir. Burada artıq aşağı siniflərdən "qızlar və oğlanlar" deyimi ilə cinsəl ayrım başlayır. Hansı ki, qızlara dəhlizə çıxmaq olmaz, flan şey olmaz və s. deyimi ilə gender bölümləri edilməyə başlanılır. Nəticədə kişi cinsiyyətini qabardaraq, qadın cinsinin zəif olduğunu göstərirlər. Bu şagirdlərin təlim-tərbiyəsində elə birinci zədələnmə hesab edilir.
Daha sonra böyük siniflərdə anatomiya dərsləri başlayır. Bu fəndə müəllim hormonal dəyişimləri, mensturasiya və cinsəl bütün yetişimlərini keçmək əvəzinə həmin dərsdə şagirdləri rəsmlə məşğul olmağı tapşırır. Bu da şagirdlərin yeniyetməlik dövründəki bu marağını başqa mənbələrdən, daha ağır formada əldə etməsinə səbəb olur. Nəticədə zamansız cinsəl yetişim başlayır. Hansı ki, cinsəl ehtiraslanmalar, erkən cinsi əlaqələr və daimi maraq yaranır. Nəzərə almaq lazımdır ki, bu məsələlər nəqədər gizli olsa, yeniyetmələrə o qədər maraqlı gəlir və ona daha çox meyl edirlər. Sonda da belə bir problem yaranır ki, uşaqlar çox erkən yaşda oyanır. Buna səbəb isə sosial şəbəkələrdir. Səbəb sosial şəbəkələr deyil. Səbəb valideynlər və öz üzərinə heç vaxt məsuliyyət götürməyən müəllimlərdir".
Uşaq hansı institutlardan keçirsə hamısında cinsi tərbiyə ona doğru aşılanmalıdır. Birinci ailə institutu, daha sonra bağça, məktəb, cəmiyyət hər birinin tərbiyədə rolu böyükdür. Uşaqların cinsəl yetişim dövrü var ki, onlara bu dövr doğru başa salınmalıdır. Onların bədənində nə baş verir və nə üçün baş verir?! Əgər, kişi qadın fiziologiyası onlara izah olunsa, artıq onların cinsiyyət haqqında marağı yox, biliyi olacaqdır.
Afaq Rza