14
августа
2016
14:46
Gənc ana iki uşağının gözü önündə özünü asdı
Ucar rayonunda intihar hadisəsi baş verib.
May.Az xəbər verir ki, Ucar rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Gülümnar Qasımova özünü iki azyaşlı uşağının gözlərinin önündə asıb.
Qadının həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.