15
августа
2018
15:24
Daha bir kəndə təbii qaz verildi
Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinə təbii qaz verilib.
MAY.AZ Trend-ə istinadən bildirir ki, 240 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 654 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abunəçinin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Sabirabad rayonunun Yastıqobu kəndində və Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.