Mariya Şarapova iki il müddətinə diskvalifikasiya olunub
İdman 1 128

Mariya Şarapova iki il müddətinə diskvalifikasiya olunub

Mariya Şarapova iki il müddətinə diskvalifikasiya olunub


Beynəlxalq Tennis Federasiyası qərar qəbul edib.

Məşhur rusiyalı tennisçi Mariya Şarapova istifadəsi qadağan olunmuş meldoniy preparatının qəbuluna görə iki il müddətinə diskvalifikasiya olunub.

May.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyasının (ITF) iyunun 8-də qəbul etdiyi qərarında bildirilir.

Diskvalifikasiya 26 yanvar 2016-cı il tarixdən hesablanır.

Xatırladaq ki, bu ilin mart ayında Şarapovadan götürülən dopinq-test müsbət nəticə verib. Tennis ustasının orqanizmində istifadəsi qadağan olunmuş meldoniy preparatı aşkar edilib.

Son xəbərlər