Azərbaycan-İran sərhədində silahlı insident - ÖLƏN VAR - FOTOLAR
Xeberler 571

Azərbaycan-İran sərhədində silahlı insident - ÖLƏN VAR - FOTOLAR

Azərbaycan-İran sərhədində silahlı insident - ÖLƏN VAR - FOTOLAR


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BiG.AZ DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2019-cu ilin 03 noyabr tarixində saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstərib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat et­dib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan-İran sərhədində silahlı insident - ÖLƏN VAR - FOTOLAR
Azərbaycan-İran sərhədində silahlı insident - ÖLƏN VAR - FOTOLAR

Son xəbərlər