23
апреля
2022
04:38
Polisi deyil, özlərini aldadırlar - EKSPERT İRAD BİLDİRDİ
Avtomobillərin texniki baxışdan keçirilməməsinə görə 50 manat cərimə tətbiq edilir. Qayda belədir ki, əgər avtomobil keçən ilin 10 aprel tarixində texniki baxışdan keçirilibsə, bu il 10 aprel tarixində yenidən texniki baxışdan keçirilməsi lazımdır”. Avtosfer.az xəbər verir ki, bu sözləri sia-ya açıqlamasında yol hərəkətləri qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, qanunla da əlavə 20 gün vaxt verilir: “Bu zaman aralığında sürücü artıq maşını texniki baxışdan keçirməlidir. Sürücülərə də bu barədə ətraflı məlumat verilir. Bəzi sürücülər məsuliyyətsizlik edirlər, bəziləri isə elektron vasitələrdən istifadə etmədikləri üçün texniki baxışın zamanını bilmirlər. Qaydalara görə vaxtında texniki baxışdan keçməməyə görə 50 manat cərimə yazılır və 20 gün müddət verilir ki, texniki baxışdan keçirilsin. 20 gün tamam olduqdan sonra əgər hələ də texniki baxışdan keçirilməyibsə, yenə cərimə olunur. Bəzən elə olur ki, bu proses davam edir və 8 dəfə cərimə olunurlar. Ümumən avtomobilin texniki baxışdan keçirilməsi hər kəs üçün faydalıdır. Birincisi ətraf mühitin qorunması üçün sürücülərə məlumat verilir. Avtomobil normalara uyğun vəziyyətə gətirilir. Digər tərəfdən işıq, tormoz sistemləri məcburən də olsa ildə bir dəfə müayinə etdirilməlidir. Biz buna texniki baxış deyirik, amma bu texniki müayinədir. Necə ki, insan sağlamlığı yoxlanılır, avtomobil də müayinə olunmalıdır. Bu artıq sürücünün öz məsuliyyətidir. Sürücülər maşın tör-töküntü formada da olsa maşını sürürlər. Maşın normal vəziyyətdə olmalıdır, işıqlar, sükan mexanizmi düzgün şəkildə işləməlidir. Avtomobildə tibb çantası, yanğınsöndürən balon olmalıdır. Lakin bunları ancaq texniki baxış zamanı yada salırlar. Özləri ilə nə tibb çantası, nə yanğınsöndürən balon, nə də qəza üçbucağı olur. Bir-birlərindən alıb texniki baxışdan keçirlər. Sanki bununla yol polisini adadırlar. Lakin nə edirlərsə, özlərinə edirlər. Böyük bir problemlə üzləşdikdə isə başa düşəcəklər ki, polisi deyil, özlərini aldadırlar”.