21
июня
2019
12:26
Azərbaycanda ŞOK OLAY: 22 yaşlı nişanlı qız ingilisə qoşulub qaçdı - FOTO
Azərbaycanda 22 yaşlı nişanlı qız 23 yaşlı ingilisə qoşulub qaçıb.
BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan qızı Arzu Skwierezi axtaran ana deyib.
Ana bildirib ki, 2010-ci ildə Amerikadan 50 gənc Azərbaycandakı uşaqlara kompüter dərsi keçməyə gəlmişdi. Həmin gəclərdən biri qızımdan xoşu gəldiyi üçün elçi göndərmişdi. Qızım kursda ingilis dili müəliməsi işləyirdi. Oğlan həkimliyi qurtarıb. Onlar elçi gələndə həyat yoldaşım çox əsəbləşdi. Arzunun atası qızımın ingilis oğlanla ailə qurmasına icazə vermədi. Daha sonra qızımı başqa oğlanla nişanladıq. İngilisdə qızımı götürüb qaçdı. Oğlan Azərbaycan dilini yaxşı bilirdi. Biz onları 4 gün sonra tapdıq. 4 gündən sonra onlar bizə barışığa gəldi. Oğlan dinini dəyişib müsəlman oldu. Bizdə ona görə onları ayırmadıq. Onlar gedən zaman bizim evimizin yaxınlığında yaşayırdılar. Qızımın bir övladı oldu. O, oğlanla Amerikaya getmək istəmirdə edim?! Oğlan söz verdi ki, hər iki ildən bir Arzunu buraya gətirəcək. Lakin Arzu oraya gedəndən bir dəfə də Azərbaycana gəlməyib. Amerikaya gedəndən sadəcə 2-3 dəfə onlarla telefon əlaqəmiz oldu. Onların ikinci övladı da oldu. 3 aydır qızımda xəbər ala bilmirəm. Oğlan ona inanıb uşaqla qızımı Azərbaycana göndərmir. Qızım orada bir dəfə ruhi dispanserdə yatıb. Tək qaldığına görə əsəbləri pozulmuşdu. Sonuncu dəfə qızım dedi ki, uşağı gəzməyə çıxartmışam. Uşağın müəlliməsi görüb ki, qızım oğlu ilə əsəbi danışır. O da gedib sosial işçilərə məlumat verib. Ona görə də onu xəstəxanaya yatızdırdılar. Mən oğlanla danışanda deyirəm ki, qızımla icazə ver danışım. O, deyir qızın sənlə danışmaq istəmir. Deyirəm videonu aç görüm qızım həqiqətən evdədir".
Aysel Yusifqızı