20
октября
2023
11:44
Kimlər oruc tutmaya bilər
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
- Həddi-büluğa çatmamış uşaqlar;
- Psixi cəhətdən qeyri-normal şəxslər;
- Qocalıb əldən düşmüş şəxslər;
- Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
- Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
- Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.
- Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
- Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. əgər gələn ilin ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
- Səfərə gedib-qayıdarkən üst-üstə 8 fərsəxdən az məsafə qət edərsə;
- Səfər zamanı bir məntəqədə ardıcıl olaraq ən azı 10 gün (Cəfəri məzhəbinə görə), yaxud 15 gün (Hənəfi və Şafii məzhəbinə görə) qalarsa;
- Peşəsi səfərə çıxmaq (məsələn, sürücülük, bələdçilik və s.) olarsa.