Azərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA
Xeberler 958

Azərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA

Azərbaycanda yayılmış vahiməli "Whatsapp" səs yazısı barədə RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələr vasitəsilə ölkədə H1N1 virusunun (donuz qripi) yayılması barədə məlumatlar yayılıb.

MAY.AZ xəbər verir ki, bu barədə “whatsapp” və digər şəbəkələr vasitəsilə səs yayılıb.

Sas yazısında bildirilir ki, əslində təhsil nazirinin məktəblərdə dərslərin havanın pisləşməsinə görə yox, ölkədə H1N1 virusunun yayılması səbəbindən dayandırıldığı bildirilir


Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən BAKU.WS-ə bildirildi ki, yayılan xəbərlər həqiqətə uyğun deyil.

“Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.

Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir.

Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”, - deyə məlumatda bildirilib.

Son xəbərlər