29
марта
2019
17:30
Yanğında zərər çəkən sahibkarlara bu obyektlər təklif edildi - SİYAHI
İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.
Sonxeber Trend-ə istinadən bildirir ki, təklif olunan ticarət obyektləri aşağıdakılardır:
Təklif olunan ticarət obyektləri aşağıdakılardır:
1.Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza.
Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 1111)
2.Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 5555)
3.“Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar.
Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 8189)
Qabil Nəhmədov (tel:050 213 3368)
4.AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər).
Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)
5.S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.
Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 0660)
İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007)