04
октября
2022
22:40
Şir bürcü
Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır.
Özünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar.
Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki,Şirlər özündən başqa hər şeyə gülməyi sevir.
Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız.
Şir-qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır.
Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin.
Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.
Şir — Qoç. Uyğunluq çoxdur. Bəzən hər ikisinin dominant rol oynaması münasibətləri çətinləşdirir. Ünsürləri eyni olduğundan bir-birini başa düşürlər. Münasibətləri yaxşıdır. Ailə uyğun və uğurludur. Çox vaxt fikirləri üst-üstə düşür.
Şir — Buğa. Romantik münasibət arasıkəsilməyən müharibəyə çevrilə bilər. Hər ikisi tərs və dözümsüzdürlər. Münasibətlərində problemlər var. Əlaqə mümkündür, amma ailədə uzun müddətli münasibətlər olmur. Dostluq əlaqələri də uğursuzdur.
Şir — Əkizlər. Əkizlərə Şirlərin könlünü almaq üçün çox çalışmaq lazımdır. Şirlər onlara qarşı çox tələbkardırlar. Əkizlərin güzəştə getməsi bu münasibətlərin uzunmüddətli olmasına gətirib çıxarır. Ailə uğurludur. Münasibətlər uzunmüddətlidir.
Şir — Xərçəng. Münasibətləri suyun odla əlaqəsi kimidir, su güclüsə odu söndürəcək, od güclüsə suyu qaynadıb buxarlandıracaq. Xərçəngin romantik, sentimental xüsusiyyətləri Şiri yora bilər. Xərçəng Şirdən onun başa düşülməsini istəyir. Şir bunu bilir, amma ailədə dominant özü olmaq istəyir. Əgər bu belə olmasa çətin ki, ailə uzun müddətli alınsın.
Şir — Şir. Şir hər yerdə həmişə ancaq özünü fikirləşir. Bu münasibətlərin problemi iki «mən» olan şəxsin «biz» olmasıdır. Bu çətin olsa da, mümkündür. Hər ikisi romantik, həyatsevər, bir-birinə uyğundurlar. Biri digərinə güzəştə getsə, yaranan ailənin uzun müddətli olacağını söyləmək mümkündür.
Şir — Qız. Şirlərin özündən razı olması səmimi Qızda onlara qarşı mənfi reaksiya yaradır. Qız Şirin onunla əmrlə danışılmasını xoşlamır. Şirlərsə amiranəliyi sevir. Bütün münasibətlər qısa müddətlidir.
Şir — Tərəzi. İlk görüşdən bir-birinə münasibətləri əladır. Bu bürclü şəxslər bir-birinə tez öyrəşirlər. Ailə çox uğurludur. Bu bürcdə doğulan şəxslərin nikahı xoşbəxtlik və mehribanlıq yaradır.
Şir — Əqrəb. Temperament baxımından bir-birinə uyğunsalar da, ailədə xoşbəxt olmaları o qədər də real deyil. Münasibətlər uzun müddətli deyil. Ailədə həmişə problemlər olacaq.
Şir — Oxatan. Ünsürləri eyni olduğundan hər iki bürc sahiblərinin xarakterlərindəki bəzi xüsusiyyətlər eynidir. Bir-birini qiymətləndirə bilirlər. Münasibətlər çox gözəldir. Ailə uğurludur.
Şir — Oğlaq. Bir-birlərindən çox fərqlənirlər. Oğlaqlar Şirlər kimi romantik və sevgi naminə hər şeydən keçən deyillər, həm də Şirlərin özündən razı olması Oğlaqları daim əsəbiləşdirəcək. Münasibətlər mümkündür, amma ailə çətin ki, uğurlu alınsın.
Şir — Dolça. Şir od, Dolça hava ünsürlü olduğundan, münasibətlər problemlisə də, mümkündür. Bəzən bir-birilərini başa düşmürlər. Ailədə hər ikisi başçı olmaq istəyir. Bu da narazılıqlara gətirib çıxarır. Ağıllı Dolça eqoist Şiri yola verə bilmir.
Şir — Balıqlar. Aktiv, həyatsevər Şir, melanxoliyaya uyan Balıqları başa düşmür. İlk görüşdən münasibətlər alınmır. Şirin qüruru bir çox hallarda Balıqlara güzəştə getməyə qoymur. Münasibətlər problemlidir. Ailə uğursuzdur.
Türkcə — Aslan; Latınca — Leo;
Farsca — Şir; Ərəbcə — Əsəd;
Qədim yunanca — Leon; Rusca — Lev
Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun SEVGİLİNİ TANIYIRSANMI? kitabından

Kişi Şirlə başqa bürclərin uyğunluğu