Uzun müddət plastik qabda saxlanılan su xərçəng yaradır
Maraqlı ve Meslehetli 1

Uzun müddət plastik qabda saxlanılan su xərçəng yaradır - Açıqlama

Su içmək insan bədəninin ən əsas ehtiyacıdır. Bu ehtiyacın ən düzgün halda qarşılanması üçün içilən suyun keyfiyyəti xüsusi əhəmiyyət daşıyır.
Həyat qaynağımızı möhləmləndirmək üçün ən az 2 litr su içməliyik. Təəssüf ki, içdiyimiz suyun tərkibini bilmirik. Hansı xəstəliklərin mənbəyi olduğu haqqında da məlumatımız yoxdur.

Plastik qablarda saxlanılan suyun tərkibində dəyişikliklərin daha çox baş verdiyini nəzərə alsaq istifadə etdiyimiz məhsulun insan bədəninə yararlılığı şübhəlidir.
Nəzərə alsaq ki, bütün su şirkətləri daha çox plastik qablardan istifadə edir.
Aldığımız suların standartlara uyğun olub olmamasının müəyyən edilməsinə gəldikdə, su şirkətlərinin öz sayıtlarında sertifikatlarını yayımladığını görürük. Lakin onlar müəyyən fasilələrlə etməli olduqları testlərin nəticələrini paylaşmırlar.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, hazırda içməli suların əksəriyyəti plastik qablarda satılır. Bu qablar sudan rahat istifadəni təmin etsə də suyun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərə bilir. Problem həm qablaşdırma materialından, həm də suyun tərkibindəki maddələrdən asılı ola bilər:

Uzun müddət plastik qabda saxlanılan su xərçəng yaradır"Plastik qabları yüksək temperaturda, günəş şüaları altında saxladıqda zamanla onda olan kimyəvi maddələr suya nüfuz edir. Bu proses nəticəsində suya potensial zərərli kimyəvi birləşmələr, xüsusən də mikroplastiklər keçə bilir . Uzun müddət bu cür suyun qəbul edilməsi orqanizmdə toksik maddələrin yığılmasına, hormonal pozuntuya və hətta bəzi xərçəng növlərinə səbəb ola bilər.
İçməli suların keyfiyyəti onların mənşəyindən, yəni hansı mənbədən əldə olunmasından asılıdır. Mineral sular əsasən yeraltı bulaqlardan, təbii mənbələrdən əldə olunur və təbii minerallarla zəngin olur. Digər tərəfdən, bəzi içməli suların tərkibi süni şəkildə əlavə edilən minerallarla zənginləşdirilir. Bu cür sular bəzən tələb olunan standartlara uyğun olsa da, süni minerallar orqanizmə mənfi təsir edə bilər.
Orqanizmin ehtiyacı olan təmiz suyun tərkibində zərərli maddələr, mikroorqanizmlər və kimyəvi birləşmələr olmamalıdır. Suyun pH səviyyəsi 7,5-8,5 arasında olmalıdır. Bu aralıq suyun nə çox turş, nə də çox qələvi olduğunu göstərir".

Asim Vəliyev qeyd edib ki, su kalsium, maqnezium, kalium və natrium kimi minerallarla zəngin olmalıdır:

"Lakin, süni yolla əlavə edilən minerallar orqanizmin bunları tam mənimsəyə bilməməsinə gətirib çıxara bilir. Ağır metallar, pestisidlər, bakteriya və viruslar kimi zərərli maddələr sudan tamamilə təmizlənməlidir.
Mümkün olduqda suyu şüşə qablarda saxlamalıyıq və maddi imkanımıza uyğun şüşə qabda satılan suları almalıyıq. Şüşə qablar kimyəvi reaksiya vermir və suyun tərkibinə təsir etmir.
Su ehtiyatlarının təmizliyindən əmin deyiliksə, suyu qaynadıb istifadə etmək yaxşı bir alternativdir. Qaynama prosesi sudakı mikroorqanizmləri öldürür.
Mənşəyi və tərkibi barədə dəqiq məlumat verən güvəndiyimiz su firmalardan su almalıyıq".



Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив