20
марта
2019
16:35
Azərbaycanda 2 nəfər saxlanıldı
Martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq Şəhər Polis Şöbəsinə gətiriliblər.
Bu barədə Daxili İşlər Nazirliylinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib.
Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.