05
октября
2016
21:51
Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI
Bu gün dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Müəllimlər günü (World Teacher`s Day) qeyd olunur.
Müəllimlər gününün qeyd olunması bütün təhsil işçilərinin cəmiyyətdəki vəziyyətinə, onların ölkənin inkişafındakı roluna diqqət yetirməyi nəzərdə tutur.
5 oktyabr tarixi təsadüfən seçilməyib. 1966-cı ilin bu günü Parisdə YUENSKO və Beynəlxalq Əmək Təşkilatının birgə iclasında "Müəllimlərin durumu" haqda sənəd qəbul olunub. Həmin sənəddə müəllimlərin hüquqları, onların təsnifatının yüksəldilməsi yolları, işə qəbul və əmək şərtləri barədə tövsiyələr yer alıb.
1994-cü ildən bəri iclasın keçirildiyi tarix Müəllimlər günü kimi qeyd olunur. Hər il Müəllimlər gününü yeni devizi olur. 2016-cı ildə bu deviz: "Müəllimin yüksək statusu - onun ixtisasının dəyərinin tanınmasıdır" şəklindədir.
YUNESKO-nun Statistika İnstitutunun məlumatına görə 2020-ci ilə qədər ibtidai təhsil üçün dünya ölkələrinə əlavə 12,6 milyon müəllim lazım olacaq.
Ümumiyyətlə, "pedaqoq" sözü Qədim Yunanıstanda yaranıb. Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Yunan dilində "pedaqoq" sözü "uşaq aparmaq", "uşaq gəzdirmək" mənasını verir. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər.
"Ginnesin Rekordlar Kitabı" dünyanın ən qədim universiteti olaraq Mərakeşin Fəs şəhərində yerləşən Əl-Qarauin universitetini qeydə alıb. Universitet 959-cu ildə Fatimə və Məryəm əl-Fəhri bacılarının maliyyəsi ilə tikilib.
Dünyanın 123 ölkəsində dərs ili 1 sentybarda, 43 ölkədə 1 yanvarda və 16 ölkədə 1 martda başlayır.
Çexiyada "5" ən pis, "1" isə ən yaxşı qiymət sayılır. Fransada 20 ballıq, Çində isə 100 ballıq qiymətləndirmə sistemi mövcuddur. Norveçdə 8-ci sinfə qədər şagirdlərə qiymət yazılmır.
Hindistandakı məktəblərdən birində 28 min şagird təhsil alır. Ən bahalı məktəb isə Londonda yerləşən "Beynəlxalq ledi və centelmenlər məktəbi" sayılır. Burada illik təhsil haqqı 80 min dolları keçir.
Finlandiyada dərsdə müəllimlə yanaşı, müəllim köməkçisi də olur. Müəllim şagirdin istəyi olmadan ondan dərs soruşa, yaxud lövhəyə çıxara bilməz.
Finlandiya məktəblilərinin nüfuzlu PİSA təşkilatının reytinqində dünya üzrə birinci yerdə dayanır.
2003-cü ildə avstraliyalı müəllim tarixin ən uzun dərsini keçmişdi. Həmin dərs 54 saata qədər davam etmişdi.
Çində dərsdən qabaq bütün şagirdlər mütləq şəkildə idman edir və açıq havaya çıxır. Bundan başqa, onlara dərsdə yatmaq və yemək yeməyə icazə verilir.
Belçikada qazlaşdırılmış su texnologiyasından istifadəyə qədər şagirdlərə pivə verilirdi.
Azərbaycanda isə müəllimlərin maaşı uzun illərdir müzakirə olunur. Müəllimlər əmək haqlarının, nəhayət, dolanışığa yetəcək qədər artacağına ümid edirlər.
Təxmini hesablamalara görə, hazırda Azərbaycanda iş stajından və dərs saatından asılı olaraq müəllimlərin orta aylıq əmək haqqı 150 - 240 avro arasında dəyişir.
May.Az dünya ölkələrində orta aylıq əmək haqqına görə ölkələrin siyahısını təqdim edir.
1. Lüksemburq - 5653 avro
2. Finlandiya - 3500-4500 avro.
3. Almaniya - 3550 avro
4. İrlandiya - 3226 avro
5. Avstraliya - 3200 avro
6. Hollandiya - 3165 avro
7. Danimarka - 3046 avro
8. Belçika - 2688 avro
9. Böyük Britaniya - 2680 avro
10. ABŞ - 2600 avro
11. Avstriya - 2520 avro
12. İtaliya - 1995 avro
13. Polşa - 999 avro
14. Türkiyə - 800 avro
15. Estoniya - 745 avro
16. Rusiya - 545 avro
17. Ukrayna - 260 avro
18. Gürcüstan - 230 avro