22
апреля
2022
02:09
Kadırov Putinə Zelenskini öldürəcəyini söz verib
"Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan üç qrup var idi. Onlar paytaxtın mərkəzi məhəlləsinə "yaşıl dəhliz" verilməsi üçün iki gün gözləməli olmuşdular. Biz bu üç qrupun hamısını izləyirdik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edildi. Bundan sonra iki qrup ərazini tərk etdi. Onlardan biri bu gün Donetsk vilayətində, digəri isə Mariupol şəhərindədir. Lakin onlar ön sıralarda deyillər, tamamilə təhlükəsiz olduğu üçüncü və ya dördüncü eşelondadırlar", - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.
Bundan əvvəl Aleksey Danilov bildirmişdi ki, FTX-dən sızan məlumatlar sayəsində Zelenskiyə sui-qəsdin qarşısı alınıb./Oxu.az