ABŞ-də yeddi uşağı ildırım vurub
Hadisə 10

ABŞ-də yeddi uşağı ildırım vurub

ABŞ-nin Yuta ştatında ildırım vuran yeddi uşaq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə təxminən 50 uşaq gəzintidə olarkən baş verib. Gəzinti zamanı qəfil tufan qopub və şimşək azyaşlıların yaxınlığında yerə çırpılıb.

İnsident sonrası yeddi uşaqda sağlamlıq problemləri yaranıb, onlardan ikisi ciddi xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, uşaqların həyatı təhlükədə deyil. Zərərçəkənlərin yaşı dəqiqləşdirilməyib.(oxu.az)



Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив