26
ноября
2019
20:19
Xarici nömrəli maşınların ölkəyə girişində hansı dəyişiklik var?
"Xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik yoxdur".
BiG.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin suallarını cavablandırarkın deyib.
Komitə sədri bildirib ki, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq sistem avtomatik olaraq hesablayır:
“Nazirlər Kabinetinin 305 saylı qəraranın 4.3-cü maddəsində yazılıb ki, qeyri-rezident vətəndaşların Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman 1 gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir. Bundan sonra 1 ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir".