08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"Telegram"da baş verən nasazlığın səbəbi açıqlandı

"Telegram"da baş verən nasazlığın səbəbi açıqlandı

Yaxın Şərqdə davam edən münaqişə fonunda "Telegram" görünməmiş yüklənmə ilə üzləşib və bu, mesencerin fəaliyyətində müvəqqəti problemlərə səbəb olub.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə "Telegram" komandası məlumat yayıb.

"Yaxın Şərqdə, xüsusən də İsrail, Livan və İranda baş verən son hadisələrlə əlaqədar "Telegram" görünməmiş yüklənmə ilə üzləşib. Son bir neçə gün ərzində bəzi istifadəçilər müvəqqəti əlaqə problemləri və media fayllarına daxil olmaqda çətinlik çəkə bilər.

Texniki komandamızın səyləri sayəsində "Telegram" əksər ölkələrdə əlçatan olaraq qalır və bütün problemlər artıq tam həll olunub", - məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 1-də "Telegram"da genişmiqyaslı nasazlıq yaranıb: mesaj göndərmək mümkün olmayıb, "Telegram" kanallarında məlumatlar yenilənməyib. Çətinliklər İranın İsrailə qarşı kütləvi raket hücumu fonunda yaranıb. "Jerusalem Post"un məlumatına görə, həmin vaxt İran 500-ə yaxın raket atıb.

Bir gün əvvəl də "Telegram"ın işində nasazlıq yaranıb. "Downdetector" xidmətinin məlumatına görə, mesencerin qeyri-sabit işləməsi ilə bağlı ilk şikayətlər Bakı vaxtı ilə 14:29-da daxil olmağa başlayıb. Problem bir neçə saat davam edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница