Əhməd həbs olunarsa, əfvə müraciət edə bilər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha bildirmişdik ki, cinayətdə şübhəli bilinən Əhmədin anlaqsız olduğu sübuta yetirilərsə, 9 ay müalicə alıb sərbəst buraxıla bilər. Lakin, məhkəmədə hakimin qərarı ilə şəxsi təqsirli bilərsə və məhkumluğu haqqında qərar qəbul edərsə, Əhməd əfvdən yararlana bilər?
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd haqqında cinayət işi açılsa da, onun cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı yekun qərarı məhkəmə verəcək:
"Məhkəmə onu həqiqətən təqsirli bilirsə, onun haqqında həbs qətimkan tədbiri, azadlıqdan məhrumetmə bəlli bir müddətə təyin edilə bilər. Xüsusi amansızlıq qətlə yetirmə sayı ikidən çox şəxs olduğu üçün 120-ci maddənin ona ən ağır cezalardan biri veriləcək. Ona bu cəzanın verilmə ehtimalı var deyək. Əgər onun cinayət hüququ baxımından bütün psixoloji sağlamlığı yerində olsa, bu aspektdən baxanda indiki halda məhkəmə qərarı olmayan və təqsirləndirilən şəxs haqqında onun əfvə müraciət etməsi ilə bağlı məsələni gündəmə gətirmək yersiz çıxar. Çünki əfv yalnız haqqında məhkəmə qərarı olanlar ilə bağlı bir prosedur ola bilir. Bunun isə məhkəmə qərarı olmadığı üçün istintaq dövrüdür. İstintaq dövründə nə qərar veriləcəyi isə onu zaman göstərəcək. Əgər bu aspektdən yekun olaraq ona məhkəmə tamamilə təqsirli bilsə, məhkumluğu ilə bağlı qərar verərsə o zaman şəxs məhkum sayılır. Məhkumların əfvi ilə bağlı başqa bir prosedur işləyir. Bu artıq bütün məhkumların spesifik olaraq hansısa özəl hal ilə bağlı əfvə müraciət etməsi ilə bağlı ola bilir".
Hüquqşünas deyib ki, əfv məsələsi müstəsna olaraq prezidentin səlahiyyətinə daxildir. Fərdi müraciət əsasında əlbəttə əfv komissiyası var. Onlar bu tip müraciətləri ayrıca araşdırırlar. Yalnız ondan sonra verilib verilməməklə bağlı qərar prezidentə təqdim olunur:
" Yəni bu bir amnistiya deyil. Amnistiya aktında hansı cinayətlərin cəzasını çəkənlərin amnistiyaya düşməz bu qanunvericilikdə açıq şəkildə göstərilir. Əfv ilə bağlı isə spesifik olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi ilə müstəsna olaraq prezidentin səlahiyyətindədir. Bu baxımdan burada bir məhdudiyyət mövcud deyil. Bir məsələ də var ki, istisna hallar var. Daha doğrusu bu qanunvericilikdə nəzərdə tutulan bir formadır. Hal-hazırda bu şəxs haqqında qəsdən adam öldürmə ilə bağlı 120-ci maddənin (xüsusi amansızlıqla, təhlükəli üsulla adam öldürmə) bəndi ilə, ikidən çox şəxslə bağlı 120.2.7 və 120.2.4-cü maddələr ilə cinayət işi açılır. Bu cinayət həqiqətən təqsirli sayılarsa, onun xəstəliyi olmazsa burada hakimin verəcəyi qərar çox önəmlidir. Çünki burada üç fərqli sanksiyalar var. 14 ildən 20 ilə qədər və ömürlük azadlıqdan məhrum etmə cəzası var. Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvə müraciət edə bilər. Lakin onlar bu zaman tamamilə əfv olunur. Onların sanksiyası 25 il müddət ilə əvəzlənir. Yəni əfv edilsə belə bu sanksiya ilə bağlı məsələ olacaq. Amma hakim ona ömürlül cəzanı versə, ondan sonra əfvə müraciət etsə belə 25 ildən çox olunan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Əgər ömürlük deyilsə, o zaman əfvə müracət edə bilər və əfvə müraciət etdiyi zaman ya bütünlüklə, ya da qalan cəzasını çəkməklə əfv oluna bilər.