04
декабря
2019
17:43
17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
Şirvan şəhərində 17 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurub.
MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 3-ü, saat 17 radələrində baş verib.
1976-cı il təvəllüdlü Namiq Hüseynov sinə və qarın nahiyəsindən 11 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub və hazırda müalicəsi davam etdirilir.
Araşdırma zamanı məlum olub ki, N.Hüseynovu şəhər sakini, 2002-ci il təvəllüdlü Məzahim Əsədov bıçaqlayıb. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.